Bakıda törədilmiş qətl hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 20-də Daş karxanası küçəsində Ordubad rayon sakini Rasim Nağıyevin çoxsaylı bıçaq xəsarətləri ilə meyiti aşkar edilib. BPİ CAİ, Nərimanov RPİ CAŞ və 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Zöhrab Əsgərov avqustun 27-də tutulub.
Araşdırmalar davam etdirilir.