Dəhşət: Qatar məktəbli oğlanı ikiyə böldü
10 yanvar 2013 09:59 (UTC +04:00)

Dəhşət: Qatar məktəbli oğlanı ikiyə böldü

 

Yanvarın 9-da Yevlax rayonunda dəhşətli hadisə aş verib. Dəmir Yol Nəqliyyatında Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yevlax şəhəri ərazisində Rauf Hüseynovun idarə etdiyi elektrovoz 1999-cu il təvəllüdlü Musayev Ülvi Elxan oğlunu vurub. Məlumata görə, yeniyetmə qatarın altından keçmək istəyərkən elektrovoz hərəkətə gəlib.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, 14 yaşlı oğlan qatarın altında qalaraq ikiyə bölünüb.

 

Faktla əlaqədar araşdırmalar başlanılıb.

 

Qeyd edək ki, faciəvi şəkildə ölən oğlan orta məktəbin 8-ci sinif şagirdi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3540

Oxşar yazılar