Dəfn mərasiminə gedənlər ölümlə üz-üzə qaldı
03 may 2014 14:10 (UTC +04:00)

Dəfn mərasiminə gedənlər ölümlə üz-üzə qaldı

Bakı-Şamaxı yolunda maşın yanıb. Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə hadisə bu gün saat 12:00 radələrində Bakı-Şamaxı yolunun 70-ci kilometrliyində qeydə alınıb.

 

1946-cı il təvəllüdlü İbrahimov Vaqif Fərəc oğlunun idarə etdiyi 10-LM-330 dövlət nömrə nişanlı, “QAZ 3110” markalı minik maşını yolda hərəkətdə olarkən qəflətən yanmağa başlayıb.

 

Maşının mühərrikində baş verən yanğın qısa müddətdə avtomobili tamamilə əhatə edib.

 

Avtomobilin qapıları bağlandığı üçün sürücü və sərnişinlər yoldan keçən maşınların sürücülərinin köməyi ilə xilas edilib. Əraziyə yanğınsöndürənlər çağırılıb, yanğın söndürülüb.

 

Məlumata görə, sürücü Vaqif İbrahimov vəfat edən yaxın qohumunu məzarlığa dəfn etməyə aparan avtomobili müşayiət edirmiş. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538
avatar

Oxşar yazılar