Bu gün Ağır Cinayətlər Məhkəməsində dələduzluda təqsirləndirilən 1961-ci il təvəllüdlü Əflatun Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Əflatun Abdullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Əflatun Abdullayev Cinayət Məcəlləsinin 178.1( Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 178.2.2. (təkrar törədildikdə) maddələri ilə ittiham olunub.