Həbs edilmiş dayısına telefon gətirdi
26 yanvar 2015 18:30 (UTC +04:00)

Həbs edilmiş dayısına telefon gətirdi

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətinin saytına istinadən məlumatına görə, 17 saylı Cəzaçəkmə Müəssisəsin cəza çəkən, Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilən məhkum Nicat Əmir oğlu Quliyevin yanına qısamüddətli görüşə gələn bacısı oğlu Samir Cəmil oğlu Əhmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman əynindəki qış gödəkcəsinin sağ cibində gizlədilən, daxilində danışıq kartları olan iki ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.
 

Bənzər hadisə 3 saylı İstintaq təcridxanasında baş verib. Burada saxlanılan,  Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilən şəxs Tahirov Həsənbala Sərdar oğlunun yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan “ARKO MEN" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilən, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

 

 

Fakt üzrə araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212

Oxşar yazılar