Bu il daxili orqanlarında narkotik keçirən 13 qadın saxlanılıb
21 noyabr 2014 14:51 (UTC +04:00)

Bu il daxili orqanlarında narkotik keçirən 13 qadın saxlanılıb

Gömrük keçid məntəqəsindən daxili orqanlarında narkotik maddələri keçirmək istəyən şəxslər saxlanılıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında  İdarənin “Qoşa Təpə” Gömrük postunda  İrandan Azərbaycana piyada gələn zaman saxlanılan  Azərbaycan vətəndaşı  Əbdurəhmanov Ruslan Vaqif oğlunun daxili orqanından üç növ narkotik vasitə aşkar edilib. Üzərində şəxsi yoxlama aparılan Ruslan Əbdurəhmanovdan şəffaf sellofandan hazırlanan 3 ədəd büküm müəyyən edilib. Birinci bükümdə  xalis çəkisi 48,628 qram olan narkotik vasitə tiryək,  digər bükümdə  xalis çəkisi 33,755  qram olan narkotik vasitə heroin, 3-cü bükümdə isə cəmi 12 ədəd “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxil olan, sintetik narkotik vasitə sayılan metadon adlı həblər aşkar edilərək  götürülüb.

“Qoşa Təpə” Gömrük postunda  İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı  Şəfiyev Sabir Cabir oğlunun da üzərində şəxsi yoxlama aparan gömrükçülər oxşar mənzərə ilə qarşılaşıb. Onun da daxili orqanında gömrük nəzarətindən gizlədilən, 3 ədəd ayrı-ayrılıqda şəffaf selofana bükülü bükümlərdə narkotik vasitələr olduğu müəyyən edilib. 1-ci bükümdə  xalis çəkisi  50,155    qram olan    narkotik vasitə tiryək, digər bükümdə  xalis çəkisi 49,454  qram olan narkotik vasitə heroin,   3-cü bükümdə isə  10 ədəd  “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxil olan, sintetik narkotik vasitə sayılan   metadon adlı həblər aşkar edilərək  götürülüb.

Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən bu kimi 38 fakt aşkarlanıb, daxili bədən boşluqlarında gizlədilməklə keçirilməsinə cəhd edilən 3 kiloqram 736 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Təəssüf doğuran hallardan biri də bu işlərə qadınların da cəlb edilməsidir. Belə ki, cari ildə 13 qadın bu üsulla narkotik vasitələri keçirməyə cəhd göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Səlcuq Elçin

Oxşar yazılar