Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırmaq istəyən şəxsin adı məlum olub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində intihara cəhd edən şəxsin Şükür Məmməd oğlu Məlikov olması müəyyən edilib.
Ş. Məlikov ilkin ifadəsində Yasamal Rayon Polis İdarəsindən şikayətçi olduğu üçün bu addımı atdığını qeyd edib.
Faktla bağlı araşdırma aparılır.
***
13.02
Bakıda intihara cəhd edilib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qeydə alınıb.
45-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırmaq istəyib. Lakin ərazidə xidmət aparan polis əməkdaşları onu fikrindən yayındırmağa nail olublar.
Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, intihara cəhd edən şəxs artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.