Lənkəranda oğurluqda şübhəli bilinən şəxsi yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Mirbaba Həsənova məxsus mağazadan 2600 manat və danışıq kartları oğurlamış şəhər sakini Orxan Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır