Lənkəranda 30 yaşlı qadın intihara cəhd edib. APA-mən cənub bürosunun məlumatına görə, hadisə rayonun Darquba kəndində baş verib. Kənd sakini 1988-ci il təvəllüdlü Zülfiyyə Qəribəli qızı Abbasova ailə münaqişəsi zəmnində atası evində sirkə turşusu içərək intihar etmək istəyib.
Z.Abbasova yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, münaqişə onunla yoldaşı arasında baş verib. Z. Abbasova əri ilə telefon danışığından sonra məlum hadisəni törədib.
Faktla bağlı araşdırma aparılır.