<b>Məhkəmə Novella Cəfəroğlunun xeyrinə qərar verdi</b>
20 aprel 2016 10:17 (UTC +04:00)

Məhkəmə Novella Cəfəroğlunun xeyrinə qərar verdi

0

 

Bakı Apellyasiya Məhkəməsində DSMF-in Yasamal rayon şöbəsinin hüquq müdafiəçisi Novella Cəfəroğluna qarşı birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesin qərarına görə DSMF-in şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilməyib.

 

 

Qeyd edək ki, hüquq müdafiəçisi N.Cəfəroğlu DSMF-nin Yasamal rayon şöbəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən N.Cəfəroğlu əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə tələb irəli sürüb. Məhkəmə hüquq müdafiəçisinin iddiasını təmin edib. Qərardan narazı qalan DSMF-nin Yasamal rayon şöbəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar