Daha bir futbolçu “Qalatasaray”la yeni müqavilədən imtina etdi
02 may 2014 15:42 (UTC +04:00)

Daha bir futbolçu “Qalatasaray”la yeni müqavilədən imtina etdi

0

Türkiyənin “Qalatasaray” klubunun daha bir futbolçusu hazırkı müqaviləsini yeniləməkdən imtina edib. Lent.az-ın “Takvim” qəzetinə istinadən məlumatına görə, qapıçı Fernando Musleranın ardından hücumçu Burak Yılmaz da eyni addımı atıb.

 

Hazırda Yılmaz ilinə 2,3 milyon avro əmək haqqı alır. Onun hazırkı müqaviləsində “anlaşmasını daha bir il uzada bilməsi” bəndi var. Klub rəhbərliyi isə həmin şərtdən əlavə, daha 2 il müqavilə təklif edib. Futbolçuya 2016-2017-ci il mövsümü üçün 2,1 milyon avro, 2017-2018-ci il mövsümü üçün 1,9 milyon avro, 2018-2019-cu il mövsümü üçün isə 1,7 milyon avro ödəniləcəyinə dair söz verilib. Amma təklif rədd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 767

Oxşar yazılar