Daha 18 nəfər amnistiyaya düşdü
15 may 2013 19:59 (UTC +04:00)

Daha 18 nəfər amnistiyaya düşdü

Azərbaycanda daha 18 nəfərə Amnistiya Aktı tətbiq edilib.


 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarının 1.1-ci bəndinə müvafiq olaraq Penitensiar Xidmətin tabeliyində olan Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən 18 nəfər məhkum 15 may 2013-cü il tarixdə cəzadan azad ediliblər.

 

Qeyd edək ki, Amnistiya Aktı haqqında qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub. Milli Məclis Amnistiya Aktını mayın 7-də qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205
avatar

Oxşar yazılar