Yanvarın 26-da Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbçi qulluqçusunun bəyanatına 1300 hərbçi də qoşulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanata Şəmkir bölgəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidməti fəaliyyət göstərən daha 1300 hərbiçi imza atıb.
Qeyd edək ki, ilk bəyanata 150 hərbiçi qoşulmuşdu.