Avqustun 30-da Lent.az saytında dərc olunan “Çürüyən uşaq, çürüyən tale, çürüyən ümid…” başlıqlı yazının qəhrəmanı 14 yaşlı Akif Məmmədovun atası Zaur Məmmədov 36 yaşında dünyasını dəyişib. Günün sonuna yaxın infarkt keçirən Zaur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, 1976-cı ildə Ağdam rayonunun Çıraqlı kəndində anadan olan Zaur Məmmədov üç uşaq atası olub. Evi müharibə nəticəsində ermənilər tərəfindən dağıdılıb. Həyat yoldaşı Pərvanə Məmmədovaya atəşkəs rejimi dövründə düşmən gülləsi dəyib. Onun ilk övladı Akif Məmmədov və son beşiyi 4 yaşlı Dilarə Məmmədova blyoz epidermoliz xəstəliyindən əziyyət çəkir.
Zaur Məmmədov başdan ayağa çürüməkdə olan 14 yaşlı övladının ümidlərini gücləndirmək üçün bütün çətinliklərinə baxmayaraq, oğluna yeni ev tikirdi.
Təəssüf ki Zaur Məmmədovun tikdiyi yeni ev həyatı və arzuları kimi yarımçıq qaldı...
Allah rəhmət eləsin!