Çörək sexində partlayış baş verib
Binəqədi rayonunda partlayış baş verib. Hadisə İbrahim Paşazadə küçəsi 68 ünvanında yerləşən çörəkbişirmə sexində qeydə alınıb. 3 dəfə təkrarlanan partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Partlayış yanğınla müşaət olunub. Yanğın baş verən ərazinin ümumi sahəsi 150 kv mt-dir. Hadisə nəticəsində ölən olmasa da sex işçilərindən 4 nəfər müxtəlif bədən xəsarətləri ilə 5 Saylı Klinik Xəstəxananın Yanıq Şöbəsinə çatdırılıb. Xəsarət alanlardan 3-ü kişi biri isə qadındır. Hadisə yerinə Binəqədi və Nərimanov rayon Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
5 Saylı xəstəxanadan verilən məlumata görə, hazırda yaralılara yardım göstərilir. Onların vəziyyəti ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
935