Çörək kəsdiyi tanışı tərəfindən bıçaqlandı
25 iyul 2017 21:40 (UTC +04:00)

Çörək kəsdiyi tanışı tərəfindən bıçaqlandı

Gədəbəy sakini bıçaqlanıb. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Əmiraslanlı kənd sakini 1981-ci il təvəllüdlü Səfərov Nizami Hüseyn oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxnaya yerləşdirilib, əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, N.Səfərov tanıdığı şəxslə kafedə yeyib-içdikdən sonra onların arasında dava olub və N.Səfərov bıçaqlanıb.

 

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar