Con Toşak: “Püşkün nəticəsindən razıyam”
24 iyun 2013 18:26 (UTC +04:00)

Con Toşak: “Püşkün nəticəsindən razıyam”

“Xəzər Lənkəran” futbol komandasının baş məşqçisi Con Bencamin Toşak Avropa Liqasında I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib. Lent.az-ın məlumatına görə, uelsli mütəxəssis klubun rəsmi saytına açıqlamasında Maltanın “Slima” komandasını münasib rəqib adlandırıb.

 

Toşak deyib: “Düşünürəm ki, istədyimiz oldu. Püşkatmadan razı qaldım və xüsusilə ilk oyunun səfərdə keçirilməsi ürəyimizcə oldu. Çünki əks halda, biz uzun yol qət edərək Azərbaycana, oradan da Lənkərana getməli idik. Əlavə olaraq burdakı hazırlıq planımız da pozulacaqdı. Amma indi Almaniyadakı hazırlığımızı başa vurub Maltaya gedəcəyik”.

 

Təcrübəli mütəxəssis “Slima”nı öz karyerasında unutmadığı klub adlandırıb: “Çünki futbolçu kimi son qolumu da bu kluba vurmuşam. Bilmirəm, onlar məni xatırlayacaq ya yox?”

 

Toşak bildirib ki, iyulun 4-də ilk oyunu keçirdikdən sonra Maltada bir neçə gün də qalaraq, məşq etmələri mümkündür. Onun fikrincə, ada dövlətdə məşq üçün çox gözəl imkanlar var: “Ümumiyyətlə Malta gözəl ölkədir. Komandamızın ilk oyundan sərfəli nəticə ilə evə dönəcəyinə inanıram”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” və “Slima” arasındakı cavab görüşü iyulun 11-də Lənkəranda olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382
avatar

Oxşar yazılar