Cocuq Mərcanlıda xeyli sayda sursat tapıldı
18 may 2017 00:28 (UTC +04:00)

Cocuq Mərcanlıda xeyli sayda sursat tapıldı

0

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 17-də Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı barədə hesabat açıqlayıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 1 504 ədəd qəlpə, 26 ədəd partlamamış hərbi sursat     (1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M-6IÇ)) və 49 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı                (MVZ-57)  aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 27 324 kv.m (2.73 ha) ərazi tam təmizlənib, 32 500 kv.m  (3.25 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar