Çin Xalq Respublikasının Sədri Si Cinpi dövlət başçısı İlham Əliyevə başsağlığı göndərib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident.
Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş və insan itkisinə səbəb olmuş faciəli yanğın xəbəri məni dərindən sarsıtdı.
Çin hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırmağınızı Sizdən xahiş edirəm”.