Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə təklif olunan 284-1 maddəsinə görə, “Dövlət sirri təşkil edən məlumatların, məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən etməklə qanunsuz əldə edilməsi, dövlətə xəyanət və ya casusluq əlamətləri olmadıqda 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən yalnız vəzifəli şəxslər üçün dövlət sirrini yayma cinayət məsuliyyəti yaradır.
Yeni maddəni nəzərdə tutan layihə plenar iclasa tövsiyə olunub və martın 6-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.