
Çin universitetlərinə qəbul olunmuş şəxslər bəlli oldu
2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gənc Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 37 nəfər bu ölkənin “Peking University”, “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Fudan University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (3 nəfər), magistratura (32 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.
Müvafiq təqaüd proqramı barədə elan bu ilin 21 yanvar tarixində Təhsil Nazirliyinin saytında verilib.
Oxşar yazılar

"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
İmişlidə məktəblilərin öldüyü qəzaya görə saxlanılanlara hökm oxundu
3 iyul 2025 , 18:40
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10