Çimərlikdəki restoranda yanğın olub
11 yanvar 2015 16:31 (UTC +04:00)

Çimərlikdəki restoranda yanğın olub

Bu gün Bakıda yerləşən restoranlardan birində yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Suraxanı rayonunda ümumi sahəsi 500 kv.m olan mansard tipli taxta konstruksiyalardan ibarət birmərtəbəli “KASPIAN BEACH” restoranının dam örtüyü 20 kv.m sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:00-da söndürülüb.

 

Hadisənin səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297

Oxşar yazılar