Ceyranbatanda oğul qəza törətdi, özü və atası xəsarət aldı
14 yanvar 2015 03:08 (UTC +04:00)

Ceyranbatanda oğul qəza törətdi, özü və atası xəsarət aldı

Sumqayıt-Bakı yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Ceyranbatan ərazisində qeydə alınıb. Bakı sakini, 20 yaşlı Gülməmmədov Nadir Cavad oğlu “BMW” markalı minik avtomobili ilə magistral yolla Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın dəmir arakəsmələrə çırpılıb.

 

Qəza zamanı sürücü Nadir Gülməmmədov və avtomobildə olan sərnişin - sürücünün atası Cavad Gülməmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara dərhal tibbi yardım göstərilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, qəzaya düşənlərin həyatları üçün təhlükə yoxdur.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196

Oxşar yazılar