Cənubi Sudan hakimiyyəti Sudanla sərhəd rayonlarından ordunu çıxarmağa başlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bunda məqsəd silahsız zonanı yaratmaqdır.
Cənubi sudanlılar ordunu fevraldan çıxarmaq niyyətindədir. Rəsmi Cube Sudandan da uyğun addım atacağını gözləyir. Ancaq hələlik Xartum bu addımı atacağını bildirməyib.
Ordunun çıxarılmasında məqsəd Cənubi Sudandan neft ixracını bərpa etməkdir. Çünki neft məhz həmin rayonlardan ötürülür.