Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin kassasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Əli Seyfullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Günel Həsənlinin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Günel Həsənli 2014-cü il sentyabrın 19-da “KİA” markalı şəxsi avtomobili ilə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib. Fevralın 20-də Yasamal Rayon Məhkəməsi G.Həsənlinin 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilməsi barədə hökm verib.