Azərbaycanda baş verən yol qəzasında 15 yaşlı oğlan ölüb.
Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası Ələt-Astara avtomobil yolunun 137-ci kilometrliyində Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Elçin Sübhan oğlu Cəfərovun idarə etdiyi 15-BX-053 dövlət nömrə nişanlı «VAZ 21011» markalı avtomobillə Eldar Nizami oğlu Kərimovun idarə etdiyi 44-BM-972 dövlət nömrə nişanlı «VAZ 21011» markalı avtomobil toqquşub. Qəza nəticəsində N.Kərimovun idarə etdiyi avtomobildə olan sərnişin Cəlilabad rayon sakini 1998-ci il təvəllüdlü Ümid Babək oğlu Həsənov hadisə yerində vəfat edib.
Qəza nəticəsində ilkin ehtimala görə 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.