Cəlilabadda iki həftədə üçüncü ilansancma hadisəsi
17 may 2014 10:31 (UTC +04:00)

Cəlilabadda iki həftədə üçüncü ilansancma hadisəsi

0
Cəlilabadda son iki həftə ərzində üçüncü ilansancma faktı qeydə alınıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 16-da axşam saatlarında rayonun Soltankənd kəndində baş verib. Kənd sakini, 20 yaşlı Firuzə Əmirli evlərinin qarşısındakı həyətyanı sahədə tərəvəz toplayarkən otlar arasında gizlənən ilan  qəfildən onun ayağının barmaq nahiyəsindən sancıb.

 

Firuzənin qışqırıq səsinə gələn yaxınları qızın  ayaq nahiyəsinin tədricən şişdiyini görüb dərhal  onu Cərlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

 

Burada xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra onun həyatı üçün hər hansı təhlükə aradan qaldırılıb. Hazırda həkimlərin nəzarəti altında olan F.Əmirlinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1168

Oxşar yazılar