Cəlilabadda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Cəlilabad Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 11-də Ələt – Astara şosesinin 127-ci kilometrliyində - rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Habil Cəbrayıl oğlu Babayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan Masalı rayon sakini, 1979-cu il təvəllüdlü Heybət Rəşid oğlu Nuriyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobilə ciddi ziyan dəyməklə sürücülər də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İlkin versiya kimi qəzanın “VAZ-21099” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarına düzgün əməl etməməsi ucbatından baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.