Cəlilabad sakini borca görə döyüldü
16 fevral 2018 20:02 (UTC +04:00)

Cəlilabad sakini borca görə döyüldü

0

Cəlilabadda döyülmə faktı qeydə alınıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.

 

Belə ki, Məmmədrzalı kənd sakini, 1974-cü il təvəllüdlü Rahil Balabəy oğlu Məmmədov tanışları tərəfindən döyülüb.  O, müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

 

Məlumata görə, vəziyyəti ağır olan R. Məmmədov borcunu istədiyi şəxslər tərəfindən döyülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar