Goranboyun Tapqaraqoyunlu kəndində faciə baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 27-də kənd sakini Natiq Cümşüdov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Oxşar hadisə Abşeron rayonunda da baş verib. Pirəkəşkül qəsəbə sakini İlkin İsgəndərov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.