Ermənilər cəbhədə təxribat törədib
14 yanvar 2015 15:08 (UTC +04:00)

Ermənilər cəbhədə təxribat törədib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri istiqamətində atəş açılıb. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat ximdətinə istinadən məlumatına götə, Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına müvafiq şərait yaradılıb.

Müdafiə Nazirliyi bildirir ki, erməni tərəfi həmişə olduğu kimi istənilən vəziyyətdən istifadə etməklə, bu cür çirkin əməllərə əl ataraq təxribat törətməklə vəziyyəti gərginləşdirməyə və beynəlxalq təşkilatları da buna cəlb etməyə cəhd göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161

Oxşar yazılar