Çayçının samovarını oğurladılar
27 dekabr 2017 19:15 (UTC +04:00)

Çayçının samovarını oğurladılar

 

Qusar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində törədilmiş oğurluq faktının üstün açıblar. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Qusar rayon sakini Samir Sultanov cari ilin dekabr ayının 7-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ona məxsus samovarının oğurlandığı bildirib. S.Sultanov rayon ərazisində yerləşən N.Nərimanov adına parkda çayçılıq fəaliyyəti ilə məşğul olurmuş. Oranı bağlı saxlamağından istifadə edən oğrular pəncərəni sındırma yolu ilə içəri daxil olaraq oradan ona məxsuz 1 ədəd 40 litrlik təxminən 200-300 manat civarında dəyərləndirilən samovarı oğurlayıblar.

Qusar RPŞ-də yaradılan əməlliyat qrupu tərəfindən aparılan operativ xidmət nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri əvvəllər məhkum olmuş Sevindik Nazirov və digər məhkumluq həyatı yaşamış şəxs Daşdəmir Salmanov saxlanılıb.

Dindirilmə zamanı onlar törətdikləri əməli etiraf edib, oğurladıqları samovarı rayon ərazisində fəaliyyət göstərən əlvan metal qəbul məntəqəsinə satdıqları bildiriblər. Həmin samovar qəbul məntəqəsindən maddi sübüt kimi götürülüb.

Faktla bağlı Qusar RPŞ-nin İB-də araşdırmalar aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Oxşar yazılar