Çay evində yanğın: 2 nəfər xəsarət alıb - <span style="color:red;">YENİLƏNİB
29 aprel 2014 09:45 (UTC +04:00)

Çay evində yanğın: 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının Xətai rayonu, Səməd bəy Mehmandarov 8 ünvanında yerləşən ikimərtəbəli çay evində güclü yanğın baş verib.

 

APA-nın xəbərinə görə, "555 " adlı çay evində baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai  Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində güclənən alovun qarşısı tez bir zamanda alınıb.

 

Yanğın zamanı çay evində olan müştərilərdən APA-ya verilən məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub. Partlayış baş verən zaman çay evində olan müştərilər cəld özlərini çölə atıblar. Onlardan ikisi xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Eyni zamanda yanğınsöndürənlər rahat işləməsi üçün Səməd bəy Mehmandarov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

***

22.50

Aprelin 28-də axşam Bakıda yanğın baş verib.

 APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 612 kv.m olan ikimərtəbəli çay evinin taxta konstruksiyalardan ibarət  çardağı 250 kv.m sahədə yanıb.

Hadisə zamanı çay evinin işçisi üzündən yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək, Təcili Tibbi Yardm xidmətinə təhvil verilib.

 

Çay evinin qalan hissəsi və 1-ci mərtəbə yanğından mühafizə olunub.

 

 

 

# 1010
avatar

Oxşar yazılar