<span style="color:red;">"Range Rover" partladı:  Cavid Qurbanovun qardaşı oğlu ölümdən döndü
18 avqust 2015 18:46 (UTC +04:00)

"Range Rover" partladı: Cavid Qurbanovun qardaşı oğlu ölümdən döndü

0

Bu gün səhər saatlarında Qubada dəhşətli qəza baş verib. 

Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 5 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı, Abşeron Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin oğlu “Range Rover” markalı avtomobillə hərəkətdə olarkən yolun sağında dayanan “VAZ – 2107” markalı avtomobilə çırpılıb. Daha sonra polis rəisinin oğlu sənədlərini götürmək üçün maşınına yaxınlaşıb. Həmin anda “Range Rover” qəflətən yanmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, Ş. Şəmşirlinin oğlu son anda ölümdən xilas olub. Belə ki, o, maşından uzaqlaşmamış avtomobil partlayıb.

Qeyd edək ki, “VAZ – 2107” markalı maşında  heç kim olmayıb. İlkin ehtimala görə, qəzaya “Range Rover”in yüksək sürətlə hərəkət etməsi səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 712

Oxşar yazılar