Bakı şəhərinin Səbail rayonu ərazisində bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dənizkənarı bulvarın ərazisində 1988-ci il təvəllüdlü 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:35-də başa çatıb.