Bulvarda silahlı quldurluq edilib
02 avqust 2013 11:32 (UTC +04:00)

Bulvarda silahlı quldurluq edilib

Bakıda quldurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 30-u saat 23:30 radələrində Milli Parkda naməlum şəxs Bakı şəhər sakinləri - Nicat Ağamalıyevi və Rafiq Həsənlini bıçaqla hədələyərək N.Ağamalıyevdən mobil telefon və cibində 5 manat olan gödəkcəsini alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfər Heydərov tutulub.

 

S.Heydərov ətrafında araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Nizam Rza

Oxşar yazılar