Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Səbail rayonunda (“Bakı-Mərkəz” sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər sərxoş halda dənizə düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş dalğıc-xilasedicilər həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 04:00-da başa çatıb.