Həbsxanada intihar
17 dekabr 2012 10:26 (UTC +04:00)

Həbsxanada intihar

Bulvarda intihar etmək istəyən şəxs istəyini həbsxanada gerçəkləşdirdi.

 

Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, müəssisədə cəza çəkən məhkum, 1982-ci il təvəllüdlü Mikayılov Pərviz Əziz oğlu özünü tualetdə özünü kapron iplə asıb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. Qeyd edək ki, P.Mikayılov 1 il əvvəl Dənizkənarı Milli Parkdakı Saat Qülləsinə çıxaraq intihara cəhd etmişdi. Həmin vaxt ictimai asayişi pozduğuna görə saxlanılan şəxsin xuliqanlıq əməli üzə çıxmışdı və onun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2009

Oxşar yazılar