Bulvarda dənizdən çıxan qadın meyitinin görüntüləri yayılıb
13 yanvar 2015 17:17 (UTC +04:00)

Bulvarda dənizdən çıxan qadın meyitinin görüntüləri yayılıb

Dənizdən meyiti tapılan qadının şəxsiyyəti hələlik məlum olmayıb.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aparılan əməliyyat istintaq tədbirləri nəticəsində  yanvar ayının 10-da Bayraq Meydanının yaxınlığında Xəzər dənizində meyiti tapılan qadının intihar etdiyi məlum olub.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Polisdən həmçinin bildirilib ki, meyiti tapılan qadının  tanıyanlardan Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin Növbətçi hissəsinin 012-491-02-02 saylı telefonuna zəng vurmaları xahiş edilir.

 

Qeyd edək ki, yanvarın 10-da Dənizkənarı Milli Parkın ərazisində dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı qadın meyiti tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222

Oxşar yazılar