"İlin əvvəlindən Bakıda baş verən yol qəzalarında 76 nəfər dünyasını dəyişib". Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib.
Şöbə rəisi qeyd edib ki, ilin əvvəlindən paytaxt ərazisində 252 yol qəzası baş verib. Nəticədə 76 nəfər ölüb, 264 nəfər xəsarət alıb.
Baş verən qəzaların 52 %-i piyadaların vurulması ilə nəticələnib.