Bu il Bakı İstintaq təcridxanasında 200-dən çox telefon tapılıb
17 sentyabr 2013 10:56 (UTC +04:00)

Bu il Bakı İstintaq təcridxanasında 200-dən çox telefon tapılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmət “Gündəm xəbər ” qəzetində xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının fəaliyyəti, rəhbərlik və əməkdaşlar barəsində dərc etdiyi məqaləyə münasibət bildirib. Lent.az-ın Penitensiar xidmətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, açıqlamada bu ilin 9 ayı ərzində görülmüş işlər barədə bəhs edilir:

 

 

İlk növbədə qeyd olunmalıdır ki, saxlanma həddi 2500 nəfər olan Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslərin sayı “Gündəm xəbər” qəzetinin iddia etdiyi kimi 3500 nəfər deyil, 2000 nəfərdən aşağıdır və bütün kameralarda eyni və normal şərait yaradılıb. Məhkumların təhlükəsizliyinin təmin olunması, qanunvericiliyə uyğun qaydada bir-birlərindən təcrid edilməsi məqsədilə onlar üçün nəzərdə tutulan gəzinti sahələri də saxlanıldıqları kameralara bitişikdir. Təcridxanaya yeni qəbul edilmiş şəxslər qəzetin iddia etdiyi kimi qəbul otaqlarında 30 gün deyil, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” yeni qanuna əsasən maksimum 24 saat ərzində saxlanılır, tibbi müayinə və digər prosessual tədbirlər keçirildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş əsaslar (yaş, cins, əvvəlki məhkumluq, törədilmiş cinayətin kateqoriyası, sağlamlıq durumu və s.) nəzərə alınmaqla, kameralara yerləşdirilirlər. Alınmış rüşvət hesabına mobil telefonların təqsirləndirilən şəxslərə ötürülməsi məsələsinə gəlincə isə onu qeyd etmək kifayət edər ki, cari ilin 9 ayı ərzində Bakı İstintaq təcridxanasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 200-dən yuxarı mobil telefon aşkar edilərək götürülüb, hər bir fakt üzrə cinayət işi başlanılıb və müvafiq araşdırmalar aparılır.

 
Barələrində çıxarılmış hökmlər qanuni qüvvəyə mindikdən sonra qanunvericiliyə uyğun qaydada məhkumlar öz xahişləri ilə təsərrüfat işlərinə cəlb oluna bilərlər. Lakin qəzetin iddia etdiyi kimi bu heç də bəzi məhkumlara imtiyazlı şərait yaradılması məqsədilə həyata keçirilmir. Bu xidmətə keçirilmiş məhkumlar haqqı ödənilməklə, müxtəlif məişət və təsərrüfat işlərinə cəlb olunurlar. Yeni qanuna uyğun olaraq, təqsirləndirilən şəxslərin saxlanma şəraitində xeyli müsbət dəyişikliklər baş verib, onlara telefon danışıqları, televiziyaya baxmaq, idmanla məşğul olmaq, psixoloji yardım almaq, yaxın qohumları və qanuni maraq doğuran digər şəxslərlə görüşmək hüquqları verilib. Həbs edilmiş şəxslərin təmas hüququnun genişləndirilməsi, təcridxananın fəaliyyətində şəffaflığın artmasına, ictimai nəzarətin gücləndirilməsinə, sui-istifadə hallarından müdafiəyə əlverişli imkanlar yaradıb. Penitensiar xidmətin fəaliyyəti ilə bağlı şəffaflığın təmin edilməsi məqsədi ilə bütün istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində “qaynar xətlər” yaradılıb ki, cəza çəkənlər də müvafiq qurumlarla bu telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər. Eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin penitensiar.justice.gov.az ünvanlı internet səhifəsində də xidmətin fəaliyyəti ilə bağlı müfəssəl məlumatlar verilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Nizam Rza

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56