Bu gün qismən Günəş tutulması baş verəcək
23 oktyabr 2014 12:48 (UTC +04:00)

Bu gün qismən Günəş tutulması baş verəcək

 

 

Bu gün qismən Günəş tutulması baş verəcək. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, ayın diski Günəşin diskini tamamilə örtə bilmədiyindən bu, “qismən Günəş tutulması” adlanır. Tutulma Bakı vaxtı ilə saat 23.37-də başlayacaq və maksimumuna (Günəş diskinin 81 faiz tutulmasına) ayin 24-də gecə 01.45-də çatacaq. Saat 03.51-də isə qismən Günəş tutulması başa çatacaq.

 

 

Günəş tutulması əsasən Şimali Amerika qitəsində daha yaxşı müşahidə olunacaq. Tutulmanın bütün fazaları məhz Şimali Amerika qitəsində yerləşən ölkələrdə, xüsusən də Amerika və Kanada ərazisindən daha yaxşı görünəcək.   

 

 

Bu Günəş tutulması 153-cü Saros tsiklinin doqquzuncu tutulmasıdır. Saros tsikli adətən hansısa bir müddət ərzində təkrarlanan tutulmaların olmasını göstərir. Günəş tutulması Azərbaycandan müşahidə olunmayacaq.  

 

E. Babayev deyib ki, Günəş tutulmaları Ay tutulmalarından fərqli olaraq alimlər üçün daha maraqlıdır. Bu tutulmalar vaxtı alimlər, astrofiziklər xüsusi eksperimentlər, elmi tədqiqatlar aparmağa çalışırlar.

 

 

Yerin üzərində Ayın kölgəsinin eni maksimum fazada 675 km olacaq. Ən maksimum tutulma Kanada ərazisindən müşahidə olunacaq. Bunun maqnitudu isə 0,811 olacaq. Əgər tam tutulma olsaydı, tutulmanın maqnitudu  1 olmalıydı.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar

Qusarda zəlzələ  baş verdi

Qusarda zəlzələ baş verdi

8 may 2025 , 01:17
Oğuzda maşın aşdı:  yaralılar var -  VİDEO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO

Nəsimi rayonunda yanğın - VİDEO

7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı

Sabirabadda kişi küçədə özünü asdı

7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti  tapıldı

Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı

7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib?  -  VİDEO

“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO

7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ:  məktəbli qızı maşın vurub öldürdü

Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü

7 may 2025 , 17:50