Bu ay sərhədi pozan 60 nəfər saxlanılıb
10 avqust 2015 13:45 (UTC +04:00)

Bu ay sərhədi pozan 60 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin iyul ayı ərzində dövlət sərhədini pozduqları üçün 60 nəfər saxlanılıb. DSX-dan Lent.az-a verilən xəbərə görə, saxlanılanların 28 nəfəri Azərbaycan, 8 nəfəri Moldova, 7 nəfəri İran, 7 nəfəri Özbəkistan, 6 nəfər Əfqanıstan, hər ölkədən bir nəfər olmaqla Rusiya, Nigeriya, Gürcüstan və Banqladeş vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 36 halda 60 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 417 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 24 halda 10 kq 403,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Səlcuq Elçin

Oxşar yazılar