Braziliyanın Kampinas şəhərində (San Paulu ştatı) naməlum şəxslər beynəlxalq hava limanının yük yerini qarət ediblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, cinayətkarlar özləri ilə 5 milyon ABŞ dolları aparıblar.
Oğurlanan pullar “Lufthansa” aviaşirkətinin təyyarəsi ilə İsveçrənin Sürix şəhərinə göndərilməli imiş. Faktla bağlı polis araşdırma aparır.