Boşandığı arvadına xəsarət yetirən şəxs məhkəmə qarşısında
21 sentyabr 2016 13:04 (UTC +04:00)

Boşandığı arvadına xəsarət yetirən şəxs məhkəmə qarşısında

0

Keçmiş arvadına qayçı ilə xəsarət yetirən 1980-cil təvəllüdlü Ramazan Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi senytabrln 29-a təyin edilib.

 

 

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhər sakini R.Dünyamalıyevin qayçı ilə xəsarət yetirdiyi həyat yoldaşından iki azyaşlı övladı var. Əvvəllər sürücü işləyən R.Dünyamalıyev hadisədən əvvəl Şəbnəm Mürşüdovadan boşandığını söyləyib. Ramazan Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı 1988-ci il təvəllüdlü Şəbnəm Mürşüdovaya qayçı ilə xəsarət yetirib hadisə yerini tərk etmişdi. Yaralı ailə üzvlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar