Birini edam edib digərini şallaqladılar
27 aprel 2014 14:29 (UTC +04:00)

Birini edam edib digərini şallaqladılar

0

 İranın Simnan vilayətində bir nəfər əhalinin gözü qarşısında edam edilib. APA-nın məlumatına görə, məhbus təcavüzdə günahlandırılaraq dara çəkilib.

 

Simnan şəhərinin sakini olan məhkumun yalnız ad və soyadının baş hərfləri açıqlanıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 26-da səhər saatlarında icra edilib.

 

Bundan əlavə, İranın Cənubi Xorasan vilayətində bir nəfər əhalinin gözü qarşısında şallaqlanıb. Belə ki, ad və soyadının baş hərfləri açıqlanan şəxsə aprelin 26-da  səhər saatlarında Bircənd şəhərinin mərkəzi meydanında 40 zərbə şallaq vurulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1422

Oxşar yazılar