Bir telefona görə 4 il həbsxanada qalacaq
17 fevral 2015 12:59 (UTC +04:00)

Bir telefona görə 4 il həbsxanada qalacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Mehman Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, keçən il Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Məmmədovun mobil telefonunu quldurluq yolu ilə alan Mehman Dünyamalıyev tutulub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar