Bakı Apellyasiya Məhkəməsində bir nəfəri qətlə yetirməkdə, 2 nəfəri isə yaralamaqda təqsirli bilinən Orxan Abdullayevin apellyasiya şikayətinə baxılıb.
Lent.az--ın məlumatına görə, məhkəmə onun barəsində olan hökmü dəyişdirib. O. Abdullayevin cəzası 6 il azadlılıb. Onun cəzası13 il təyin edilib.
Qeyd edək ki, Orxan Abdullayev münaqişə zəminində Elşad Kərimovu qətlə yetirib.
Orxan Abdullayev ilkin ifadəsində bildirib ki, cinayəti aralarında olan mübahisə zəminində törədib. Belə ki, o, başqa bir iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlıq gətirmək istəyib. Bu zaman Orxan Abdullayev bıçaqla Elşad Kərimova bir zərbə endirib. Orxan Abdullayev həmçinin onları aralaşdırmaq istəyən iş yoldaşları Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla yüngül xəsarətlər yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O. Abdullayev 19 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.