Kür çayında batan gəncin meyiti tapıldı - YENİLƏNİB - 1
0
0
Kür çayında boğulan Yevlax sakini, 27 yaşlı Nəsib Maarif oğlu Nəsibzadənin meyiti tapılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, FHN-nin Kiçikhəcmli Qayıqlara Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc axtarış qrupu tərəfindən gəncin meyiti sudan çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.
09:28
Kür çayında boğulan Yevlax sakininin kimliyi müəyyənləşib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, 27 yaşlı Nəsib Maarif oğlu Nəsibzadə Kür çayının rayonun Duzlaq kəndindən keçən hissəsində çimərkən batıb.
Batan şəxsin axtarışları üçün hadisə yerinə FHN-nin Kiçikhəcmli Qayıqlara Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc axtarış qrupu cəlb edilib.
08:15
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHNd-ən APA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
0
0