Azərbaycanda bir gündə iki maşın yanıb. Lent.az-ın Fövqəladə aHllar nazirliyinin saytına istinadən məlumatına görə, Lənkəran şəhərində vətəndaşa məxsus "FORD" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Xəzər rayonunda isə vətəndaşa məxsus "VAZ-21014 " markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.